CƏMİYYƏT
® Kibertəhlükəsizlik: Şəbəkədən istifadə zamanı 4 davranış qaydası
İnternetdən istifadə zamanı smartfona adi virus düşə bilər, dələduzluq halları, o cümlədən məlumatlara icazəsiz müdaxilə təhlükəsi ilə üzləşə bilərsiniz. Təhlükəsizliyi təmin etmək üçün ilk növbədə operator seçimi və onun yüksək dərəcədə etibarlılığından əmin olmalısınız. “Azercell” sərfəli şərtlərlə istifadə müddəti bir ay olan internet paketleri təklif edir və abunəçi məlumatlarının üçüncü şəxslərə ötürülməməsinə və təhlükəsizliyinin qorunmasına dair tam zəmanət verir.
Şifrələr: nə qədər mürəkkəb olarsa, bir o qədər etibarlıdır
Şəbəkədə hakerlərdən, kiberhücumlar və digər təhlükələrdən qorunmağın əsas yollarından biri güclü şifrəyə malik olmaqdır. Parollar əsasən aşağıdakılardan ibarət olmalıdır:
böyük və kiçik hərflər;
rəqəmlər - doğum tarixindən istifadə etməmək tövsiyə edilir;
altdan xətt və istifadəsinə icazə verilən digər işarələr.
Bütün hallarda eyni paroldan istifadə etməmək məsləhət görülür. Ancaq hər bir fərdi xidmət üzrə istədiyiniz hərfləri əvəz etmək üçün öz simvol kombinasiyanızı yarada bilərsiniz.
Bir orijinal nüsxədən istifadə etməyin: surətlərini çıxarın
Smartfon və ya kompüterinizdə müəyyən vaxt intervalı ilə avtomatik olaraq işə düşən ehtiyat nüsxəsinin çıxarılması funksiyasını quraşdırın. Bu, hər hansı bir nasazlıq və ya virus hücumu baş verərsə, vacib məlumatları saxlamağa kömək edəcək. İş yerinə yetirərkən ehtiyat nüsxəni daim yoxlamaq vacibdir.
İkili autentifikasiya: əlavə müdafiə
İkili autentifikasiya aşağıdakı prinsip əsasında işləyir: müdafiə təbəqəsi nə qədər çox olarsa, sistemi sındırmaq bir o qədər çətin olar. Bütün şəxsi hesabları yaradarkən bu funksiya vasitəsilə autentifikasiyanı aktivləşdirmək lazımdır. Burada şəxsiyyəti təsdiqləmək üçün bir neçə variant nəzərdə tutulur: poçt və şifrə və yaxud parol və telefon zəngi.
Banner reklamlara daha az müraciət etmək
Viruslar banner reklamları, PUSH bildirişləri altında gizlənə bilər. Veb-səhifələrin ünvanlarına diqqət yetirməlisiniz – “Fişinq” dələduzlar çox vaxt onları orijinalda olduğu kimi yaradırlar. Bir hərf və ya durğu işarəsi fərqli ola bilər. Hər dəfə parolları, şəxsi məlumatları daxil edərkən və ödəniş etməyə hazırlaşarkən buna mütləq diqqət yetirin.
Adlardakı orfoqrafik səhvlər də zərərli domenlərin göstəricilərindən xəbər verir. Bu, yazı səhvi deyil, qəsdən edilən dəyişiklikdir.