İQTİSADİYYAT


® “Konnekt” QSC Türkiyənin “Digitürk beIN Media Group” ilə əməkdaşlıq edir

“Konnekt” QSC Türkiyənin rəqəmsal televiziya yayım platformasında liderlik edən “Digitürk beIN Media Group” ilə əməkdaşlıq müqaviləsi imzalayaraq, “beIn Sports Süperliq” futbol oyunlarının və “Digitürk” platformasında yayımlanan bütün kanalların Azərbaycan ərazisində eksklüziv yayım hüququnu əldə edib.

Artıq respublikamızın istənilən bölgəsindən istər hüquqi, istərsə də fərdi ünvanlara yüksəkkeyfiyyətli “Digitürk-Konnekt TV” HD rəqəmsal yayım paketlərini sifariş etmək mümkün olacaq.

“Konnekt” QSC Azərbaycan Respublikasının daim inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sferasında fəaliyyət göstərən qabaqcıl şirkətlərindəndir.

Şirkətin əsası 2005-ci ildə qoyulub və 2007-ci ildən etibarən “Konnekt” əhaliyə internet xidmətləri göstərməyə başlayıb.

Şirkət, həmçinin 2008-ci ildən kabel televiziyası sferasında fəaliyyətə başlayıb və artıq qeyd olunan tarixdən etibarən “CONNECT TV” brendi altında əhaliyə keyfiyyətli efir-kabel televiziyası xidməti təqdim edir. 2011-ci ildən etibarən isə şirkət “CONNECT FİBER” brendi altında fiber-optik texnologiya sahəsində fəaliyyətə başlayıb və abunəçilərə yüksək sürətli fiber-optik internet xidmətləri təqdim edir.

2017-ci ilin mart ayından etibarən isə “Konnekt” şirkəti televiziyanın internet üzərindən yayımını təşkil edib və OTT TV xidmətini NNTV brendi altında təqdim etməyə başlayıb.

2020-ci ildən etibarən “Konnekt” abunəçiləri üçün “MyCONNECT” tətbiqini istifadəyə verib. Qeyd olunan tətbiq vasitəsilə abunəçilər texniki servis, modemlərin sazlamaları, tarif dəyişmə, balansın idarə olunması, onlayn müraciət, ödəmə və digər imkanlardan yararlanırlar.

2021-ci ildən isə “Konnekt” QSC Fiber-optik texnologiya ilə yanaşı GPON texnologiyalarını da tətbiq edir. Bundan əlavə “Konnekt” Ağıllı ev texnologiyaları və alternativ enerji sahəsində də fəaliyyət göstərir.

Mətbuat konfransında çıxış edən “Konnekt” QSC-nin baş direktoru Rəşad Namazov bildirib ki, Azərbaycanda 4K yayımını ilk dəfə həyata keçirən məhz “Konnekt” şirkətidir: “Konnekt” QSC ölkə xaricində də uğurlu layihələrə imza atıbdır. Belə ki, Nigeriyada və Benində rəqəmsal televiziya keçid prosesini yerinə yetirib. Həmçinin Qırğızıstanda kabel operatorunun baş stansiyasının və şəbəkəsinin qurulması prosesini həyata keçirib”.

“Konnekt”in öz fəaliyyətində müştəri məmnuniyyəti, keyfiyyətli xidmət və servis, daim yeni texnologiyaların tətbiqi prinsiplərini rəhbər tutduğunu vurğulayan Rəşad Namazov qeyd edib ki, qısa zamanda “Konnekt” Qarabağ ərazisində bir çox layihələr həyata keçirməyə planlaşdırır.

“Konnekt” QSC-nin Satış və Marketinq Şöbəsinin müdiri Elnur Ağakişiyev isə bildirib ki, şirkətin gənc nəslin işlə təmin olunmasında və regionların inkişafında rolu böyükdür.

Siz də “Konnekt” ailəsinə qoşulun və evdəki hər kəsə uyğun olaraq seçilmiş yayım paketlərindən və HD yayım keyfiyyətindən yararlanaraq “Digitürk-Konnekt TV” ilə xəyallarınıza toxunun!

Əsas prioritet istiqaməti Müştəri məmnuniyyəti olan “Konnekt” QSC 7/24 Sizin xidmətinizdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.