İQTİSADİYYAT
® “Kontakt Home” dayanmadı – Karantin bölgələrinə əlavə yardım göndərdi
Ötən ay “Kontakt Home” ölkə başçısının sərəncamı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırmışdı. Fonda dəstəklə kifayətlənməyən şəbəkə bu dəfə infeksiya səbəbindən karantində saxlanılan və müalicə alan həmyerlilərimizin ehtiyaclarını qarşılamaq üçün xüsusi rejimli Qobustan və Masallı rayon mərkəzi xəstəxanalarına əlavə yardım yollayıb.
Şirkətdən verilən məlumata görə, məhsullar göndərilməzdən öncə xəstəxanaların ehtiyacları öyrənilib. Xəstəxanalardan bildirilib ki, pasiyentlərin daha çox pozitiv əhval-ruhiyyəyə ehtiyacı var. Digər ehtiyaclar tibb personalı və dövlət tərəfindən qarşılanır. Pasiyentlərin əhvalını yüksəltmək məqsədilə şirkət qeyd olunan xəstəxanalara smart televizorlar, “AiləTV” paketləri, musiqi mərkəzləri və portativ aksutika məhsulları göndərib.
Xatırladaq ki, “Kontakt Home” ötən ay həm də “Müştəri güzəşt proqramı” çərçivəsində karantin rejiminin sərtləşdirilməsi və əhalinin gəlir yerinin azalması ilə əlaqədar bütün müştərilərinin aylıq kredit ödənişlərinə 1 aylıq güzəşt tətbiq etmişdi. Şirkət öz fəaliyyətində də təhlükəsizlik tədbirlərinə ciddi əməl edir, evlərində oturaraq istədikləri məhsulları əldə edə bilmələri üçün müştərilərinə “www.kontakt.az” saytından onlayn sifariş, sürətli, təhlükəsiz və pulsuz çatdırılma xidmətini də təklif edir.