İQTİSADİYYAT


® “Kristal Towers” təqdim edilib

“Kristal Abşeron” şirkəti daha bir “premium” layihəsini təqdim edib. Şirkət bu günə qədər inşa etdiyi ən “premium” layihəsi, gözəllik və dəbdəbənin sintezi “Kristal Towers”i 2019-cu ilin sonunda təhvil veməyi planlaşdırır. “Kristal Abşeron” həmin layihədə premium müştərilərinə xitab edəcək bulvar və şəhər mənzərəli mənzillər təklif edir.

“Kristal Abşeron” bu layihəsində də istifadə edilən Avropa istehsallı brend tikinti material və aksesuarları ilə keyfiyyət və təhlükəsizliyin harmoniyasını yaradıb. “Premium” seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Kristal Towers” 16 mərtəbədən ibarətdir.

Burada fasad üçün nəm, istilik və soyuğa qarşı xüsusi izolyasiyaedici materialdan istifadə olunacaq. Mənzillərə quraşdırılacaq İtaliya istehsalı olan 3 qat və 2 kameralı təbii taxta pəncərələr küləklər şəhərinin səs və soyuğuna, eyni zamanda, nəmişliyə davamlıdır, 3,5 metr hündürlüklü mənzillər standart ölçülərdən daha artıqdır. “Premium” keyfiyyətin daha bir nümunəsi isə burada istifadə ediləcək Finlandiya istehsalı olan ən təhlükəsiz “KONE” liftləridir. Bina fasadı xüsusi zövqlə işlənmiş mərmər materialı ilə üzlənəcək.

“Kristal Towers”i tərk etmədən bir sıra xidmətlər sakinlərin ixtiyarında olacaq. Burada yeraltı qaraj, ticarət mərkəzi, fitness və spa mərkəzləri fəaliyyət göstərəcək. Sizi özəl hiss etdirəcək daha bir məqam isə konsyerj xidmətidir. Sevdikləriniz, ailə üzvləri və dostlarınızla gözəl şam edə biləcəyiniz gözəl məkan - qüllənin sonuncu mərtəbəsində yerləşən restoran isə zövqünüzə oxşayacaq.

Təklif etdiyi şərait və xidmətlərlə komfort nümunəsi olan “Kristal Towers” həm də yerləşmə yeri ilə sakinlərinin arzusuna çevriləcək. “Dünyagöz” klinikasının arxasında yerləşən “premium” layihə şəhərə və bulvara gözəl panoraması ilə seçilir. Hər səhər dənizə açılan mənzərəni seyr etməklə yuxudan oyanmağı kim istəməz ki? Özünüzə və yaxınlarınıza bu gözəlliyi bəxş etməkdən çəkinməyin. Ən gözəl anlarınızı doya-doya yaşamaq istədiyiniz lüks apartamentlər artıq sizin ola bilər.

Kristal Abşeron – xəyallarınızı inşa edirik. Ətraflı məlumat üçün *1544 qısa nömrəsi ilə əlaqə saxlaya və ya www.kristalabsheron.az saytında daxil ola bilərsiniz.

https://www.facebook.com/KristalAbsheron/videos/356958528476731/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.