İQTİSADİYYAT


® Maliyyə və rəqəmsal həllər təklif edən startaplara “Rabitəbank”dan dəstək

Mayın 13-17-də "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə birgə "Rabitəbank" startaplar üçün "Açıq qapı" elan edir.

Startaplar üçün "Açıq qapı" günlərinin təşkil olunmasında əsas məqsəd startaplar tərəfindən bankların maliyyə texnologiyaları ilə əlaqədar həllərə olan tələblərinin öyrənilməsi və bununla əlaqədar öz ideyalarını banklara təqdim etmələrini təmin etmək üçün platforma formalaşdırmaqdır.

Eyni zamanda, bu layihə çərçivəsində startapların öz ideyalarını maliyyə cəlbi üçün görməli olduqları işlər və biznes planlarında edilməsi məqsədəuyğun olan dəyişikliklər barədə məsləhətlər almalarına imkan yaradılacaq.

İlk müstəqil banklardan biri olan "Rabitəbank" 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 “qaynar xətti”nə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.