CƏMİYYƏT
® “Maredo konfetləri qazandırır” lotereyası 4-cü tirajını yekunlaşdırdı!
“OBA” marketlər şəbəkəsi tərəfindən keçirilən “Maredo konfetləri qazandırır” lotereyasının dördüncü tirajı baş tutub.
“OBA Market” mobil tətbiqi üzərindən həyata keçirilən stimullaşdırıcı elektron lotereyanın dördüncü tirajının qalibləri mayın 13-də məlum olub.
Qaliblər, “OBA” marketlər şəbəkəsinin sosial media hesablarında keçirilən canlı yayım zamanı təsadüfi seçimlə müəyyənləşdirilib. Bu həftəki tirajda 7 nəfər 100 AZN-lik “OBA” hədiyyə kartı, 2 nəfər elektrikli soba, 2 nəfər ətçəkən maşın, 2 nəfər smartfon, 1 nəfər televizor və 1 nəfər paltaryuyan qazanıb.
Qeyd edək ki, bol hədiyyəli lotereya aprelin 15-dən iyunun 9-na kimi davam edəcək. Tirajlı stimullaşdırıcı elektron lotereyada “OBA” müştəriləri hər 5 AZN-lik Maredo konfetləri alış-verişində “OBA Market” mobil tətbiqini kassirə təqdim etməklə 1 şans qazanırlar. Lotereya 8 tirajdan ibarət olmaqla 8 həftə davam edəcək. Növbəti tiraj tarixləri: 20 may, 27 may, 3 iyun, 10 iyun.
1-7-ci tirajlarda 1 lotereya nömrəsi yalnız 1 tirajda qalib ola bilər. 8-ci, yəni sonuncu tirajda isə bütün öncəki qaliblər də iştirak hüququ qazanacaqlar.
Lotereyada iştirak edən müştərilər “OBA”dan hər biri 15 ədəd olmaqla elektrikli soba, ətçəkən maşın, mobil telefon, hər biri 8 ədəd olmaqla televizor və paltaryuyan maşın, 54 ədəd 100 AZN-lik hədiyyə kartları, 1 ədəd soyuducu və 1 ədəd Kia Rio avtomobili qazanma şansına sahibdirlər.
Onu da vurğulayaq ki, lotereyanın iştirak qaydalarına əsasən, 18 yaşına çatmış şəxslər “OBA market” mobil tətbiqini yükləyərək iştirakını təsdiqləyib şəxsi məlumatlarını tam və doğru doldurmalıdır. Hər bir lotereya nömrəsi 1 dəfə qalib ola bilər. Şans sayının çox olması lotereya nömrəsinin qazanma ehtimalını artırır.
Ətraflı məlumat: oba.az saytında və “OBA Market” mobil tətbiqində elan olunacaq.
Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1000-dən çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!