MƏDƏNİYYƏT


® Mədəniyyət Nazirliyi və “Araz” supermarketlər şəbəkəsi Şuşa Dövlət Musiqili Dram Teatrının tamaşasını təşkil edib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrı M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını nümayiş etdirib.

“Araz” supermarketlər şəbəkəsinin təşəbbüsü ilə “Şuşa İli” çərçivəsində keçirilmiş bu tamaşa elə Şuşa şəhərində baş tutub. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstək olduğu tədbirdə ictimaiyyət nümayəndələri, teatr xadimləri və media təmsilçiləri iştirak edib.

Şuşa Dövlət Musiqili Dram Teatrı 1943-cü ildə təsis edilib və ona dahi Üzeyir Hacıbəylinin adı verilib, lakin bir neçə ildən sonra teatr bağlanıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Mədəniyyət Nazirliyi tərəfindən Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib. Qarabağın işğalı səbəbindən Şuşada fəaliyyət göstərə bilməyən teatr uzun müddət Bakıda məskunlaşmalı olub.

Bərpa olunmasının ardından bu il fəaliyyətinin 30 illik yubileyini qeyd edən teatr indiyədək heç vaxt Şuşada tamaşa göstərməyib.

Şuşanın mədəniyyət həyatının qayıtmasında özəl sektorun öndə olan simalarından biri “Araz” supermarketlər şəbəkəsinin bu addımı milli-mənəvi dəyərlərimizin tarixi torpaqlarımızda yenidən canlanmasına xidmət edir.

Şirkətin korporativ sosial məsuliyyətyönümlü layihələri Azərbaycan cəmiyyətinə dəyər vermək məqsədi daşıyır.

Vətəndaş olaraq, hər birimizin borcu vətənimizin bütövlüyü, xoşbəxt gələcəyi uğrunda atılan addımlara dəstək olmaqdır. Bu səbəbdən də istər fərd olaraq, istərsə də özəl sektoru təmsil edən müxtəlif şirkətlər Qarabağın bərpasına töhfə verməyə çalışırlar.

Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19,500 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.