İQTİSADİYYAT


® Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

“Azercell”in dəstəyi ilə hazırlıq keçən şagirdlər medal və mükafata layiq görülüblər

Cari il sentyabrın 19-25-də informatika fənni üzrə Yeniyetmələrin Avropa Olimpiadasına onlayn qatılan məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev gümüş medala, Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev isə həvəsləndirici mükafata layiq görülüblər.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan “Azercell”, ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük əhəmiyyət verir.

Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell”in Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə məğrur tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində məktəblilərdən ibarət milli komandamız İnformatika fənni üzrə beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 11 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 38 medal əldə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.