İQTİSADİYYAT
® “Melissa Group” şirkəti “Melissa Park” layihəsində təmirli mənzillər təklif edir
Yeni mənzil sahibi olmaqdan daha yaxşı nə ola bilər? Əlbəttə ki, tam təmirli yeni mənzilinizin olması.
Ev aldıqdan sonra yeni bir missiya yaranır. Bu missiya mənzilinizin təmir edilməsidir. Mənzil təmiri ən az satınalma qədər vacib və bir o qədər də çox vaxt tələb edən məsələdir. Çünki uzun illər vaxt keçirəcəyiniz məkanınızın ürəyinizcə, zövqlü və rahatlıq hissi yarada biləcəyiniz şəkildə təmir etdirmək hamımızın arzusudur.
Bütün bunları nəzərə alaraq, “Melissa Group” şirkəti hazırda tikintiləri davam edən “Melissa Park” layihəsinin 2-ci massivinin H binasında və “Melissa Residence” layihəsinin 7-ci blokunda sizlərə tam təmirli mənzillər təklif edir.
Bu mənzillər yüksək keyfiyyətli təmir materialları və hamam aksessuarlarından istifadə edilməklə təmir ediləcək.
Zövqünüzü oxşayacaq formada təmir ediləcək mənzillərdə İspaniya istehsalı olan kafel, metlax, Belçika istehsalı divar kağızları, Türkiyə istehsalı giriş qapısı, sanitar qovşaq və laminat kimi yüksək davamlılığa sahib və uzunömürlü materiallardan istifadə olunacaq. “Melissa Group” sizlərə təmir müddətinə qədər modern və klassik üslubda olmaqla 2 təmir növündən birini seçməyi təklif edir. Hər iki təmir növü hazırkı gündəmin dəbinə cavab verəcək şəkildədir. Həmçinin evinizi öz istəyinizə uyğun da təmir etdirmək seçimi şirkətimiz tərəfindən təklif olunur.
“Melissa Group” olaraq mənzillərimizin təmir və dizaynını “Baku Project” şirkətinə həvalə etmişik. 2014-cü ildə təsis olunmuş adıçəkilən şirkət ölkəmiz və beynəlxalq arenada yetərincə tanınır. Şirkətin mütəxəssisləri Azərbaycanda və xaricdə bir çox dövlət və özəl layihələrdə iştirak ediblər. Dəniz vağzalı binasının yenidən qurulması, Sabunçu dəmir yolu stansiyasının dizaynı, dəmir yolu idarə administrativ binasının yenidən qurulması kimi infrastruktur layihələrində də iştirak ediblər. Suraxanı kəndində bir reabilitasiya mərkəzinin dizaynı da “Baku Project” şirkəti tərəfindən edilib.
Qeyd edək ki, “Melissa Group”un tezliklə istifadəyə veriləcək yeni satış və ofis mərkəzinin dizaynı da “Baku Project” şirkətinə aiddir.
Layihəyə uyğun təmirli mənzil nümunəsinə baxmaq üçün təmirli mənzillər bölümünə keçid alın.