İQTİSADİYYAT


® Milli Mətbuat Günündə “Azercell”dən 1875 dəqiqə hədiyyə

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın artıq 144-cü ildönümüdür. Ölkədə və dünyada gedən prosesləri, gündəmdə olan məsələləri işıqlandıran, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbuatımıza böyük önəm verərək ölkənin lider mobil operatoru “Azercell Telekom” jurnalistləri bu əlamətdar gün münasibətilə özünəməxsus şəkildə təbrik edir. Beləliklə, “Mediacell” tarif paketinin bütün istifadəçiləri Milli Mətbuat Günündə şirkətdən hədiyyə olaraq 1875 şəbəkədaxili danışıq dəqiqəsi əldə edəcək. Hədiyyə dəqiqələrindən yararlanmaq üçün iyulun 22-də “1875” açar sözünü “5005” qısa nömrəsinə göndərmək kifayətdir. “Mediacell” tarifinin abunəçiləri hədiyyə qismində təqdim olunan danışıq dəqiqələrindən 30 gün ərzində faydalana biləcək.

Mətbuat nümayəndələri üçün “Mediacell” adlı xüsusi tarif paketi təklif edən ilk operator olan “Azercell” ölkəmizdə jurnalistikanın inkişafına yardım edən layihələri hər zaman dəstəkləyib, bu istiqamətdə bir çox təşəbbüslər həyata keçirib. Şirkət xaricdən dəvət olunan təlimçilərin iştirakı ilə seminarlar və məlumat sessiyaları təşkil edərək jurnalistlərin peşəkar inkişafına öz töhfəsini verib, onların beynəlxalq təcrübələrdən bəhrələnməsinə şərait yaradıb. Vurğulamaq istərdik ki, indiyədək 400-dən çox jurnalist “Azercell”in ingilis dili üzrə təşkil etdiyi kursların iştirakçısı olub.

“Azercell” Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.