MƏDƏNİYYƏT


® “Millionaire Concept Network” tərəfindən Bakıda “Global Woman Awards” keçirilib

Zərif cinsin nümayəndələrinin mövcud cəmiyyətlərdəki rolunu ön plana çəkmək, öz bacarıqları ilə müəyyən səviyyə gəlmiş qadınları qlobal səviyyədə tanıtmaq üçün hər il dünyada müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu il martın 23-də ölkəmizdə təşkil olunan “Global Woman Awards”ın mükafatlandırma mərasimi bu cür beynəlxalq tədbirlərdən biridir.

“Millionaire Concept Network” və “Reputation” tərəfindən və “Business Woman” jurnalının rəsmi tərəfdaşlığı “Lujo Hotel Bodrum” və “Baku Holiday Travel” baş sponsorluğu ilə təşkil olunan gecədə ölkəmizlə yanaşı, Ukrayna, Türkiyə, Rusiya, Qazaxıstan, Braziliya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər ölkələrdən olan uğurlu fəaliyyətləri ilə seçilən, ölkənin ictimai-siyasi, mədəni və iş həyatında böyük nüfuza sahib olan xanımlar iştirak ediblər.

“Global Woman Awards" layihəsinin əsas məqsədi uğurlu qadınları ictimaiyyətə daha yaxından tanıtmaq, onların işlərini təqdir etməklə digərlərinə ilham vermək, sosial həyata daha böyük işlərə imza atmalarına təkan verməkdir.

“Four Season Hotel”də baş tutan beynəlxalq tədbirdə natiqlər arasında “Estetik İnternational” klinikasinin təsisçisi və rəhbəri, türkiyəli tanınmış estetik cərrah Bülent Cihantimur, “Baku Holiday Travel” şirkətinin rəhbəri Ramil Rzayev və “Liv Hospital” qlobal qrup koordinatoru Meri İstiroti yer alıb.

Gecədə dünyanın bir çox ölkəsindən uğurlu iş xanımları və məşhur simalar iştirak edirdi. Onlar arasında Zehra Oney, Jvana Karim, Noura Akremi, Debbagh, Aziza Tokaşova, Meri İstiroti, ölkəmizdən isə Esmira Həsənova, Leyla İsmayılzadə, Elnarə Nahmədova, Sevinc Gülmalıyeva, Nigar Abbasbəyli, Elnarə de Birbuet, Turan Zülfiqarova, Nigar Rüstəmli, Kamilla Verdiyeva, Leyla İsmayilova, Madonna Alixanova, rəssam Günay Zebiç, moda dizaynerləri Gülnarə Xəlilova və Günel Behbudova, şairə Zəhra Bədəlbəyli, gimnast Zöhrə Ağamirova, psixoloq Təranə Paşayeva, vəkil Sima Yaqubova, tibb sektorundan Rəna Soltanova, Fidan Mustafayeva, Aida Mirzayeva, Şahnaz Quliyeva, Şahnaz Əhədova, Könül Ağamirova, Günel Adıgözəlova, Elnara Tuncay, müğənni Samirə Əfəndi və digərləri yer alıb.

Növbəti tədbirə 2023-cü ilin mart ayında paytaxtımız yenidən ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.