İQTİSADİYYAT


® Minimum 30 manatlıq alış-veriş edib avtomobil qazanın!

“Kapital Bank” “BirKart” müştəriləri üçün yeni stimullaşdırıcı lotereya keçirir. 

Oktyabrın 1-dək partnyor mağazalar şəbəkəsində “BirKart” ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib qiymətli hədiyyələr qazana bilərlər.

Şərtlərə görə, minimum 30 manatlıq hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 9-da keçiriləcək tiraj zamanı 10 nəfər 500 manatlıq “KapitalGift” kartı, 5 nəfər “iPad Mini” və 1 nəfər “iPhone XS” əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər “Honda Civic” avtomobili qazanacaq.

Qeyd edək ki, “BirKart”ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən 30 faizədək “Cashback” imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

Bu kartları məvacib və təqaüdünü “Kapital Bank”dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart BOKT” MMC filiallarına, həmçinin “Kapital Bank”ın istənilən digər filiallarına müraciət edə bilərlər.

“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu mərkəzinə və ya kartın “Facebook” səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün, həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.