İQTİSADİYYAT


® “Müştəri Bank” istifadəçiləri ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər

“Kapital Bank” “Müştəri Bank”da mütəmadi olaraq hüquqi şəxs və fərdi sahibkarlara daha rahat və onlayn xidmətlər təqdim edir. Artıq sahibkarlar “Müştəri Bank” vasitəsilə mal və xidmətlərə görə ödənilən ƏDV-ni avtomatik olaraq formalaşdırıb, ödəyə bilərlər.

İndiyədək sahibkarlar ƏDV-ni manual olaraq özləri hesablayıb, sonra ödənişi həyata keçirə bilirdilər. Lakin yeni onlayn funksiya vasitəsilə sahibkarlar həm vaxtlarına qənaət etmiş olacaqlar, həm də hesabatlığı daha rahat formalaşdıra biləcəklər. Çünki ƏDV-nin məbləği “Müştəri Bank” tərəfindən avtomatik hesablanır və sahibkar tərəfindən əlavə ödəniş tapşırığının hazırlanmasına ehtiyac yoxdur.

Qeyd edək ki, “Müştəri Bank” vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və sair) və sair.

“Müştəri Bank” sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310-09-99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, “Müştəri Bank” sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25 faizədək güzəşt əldə etmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.