İQTİSADİYYAT


® “NEQSOL Holding” Qarabağ Dirçəliş Fonduna 2 milyon manat köçürüb

 ®    “NEQSOL Holding” Qarabağ Dirçəliş Fonduna 2 milyon manat köçürüb

“NEQSOL Holding”in qərarı ilə tərkibində olan şirkətlər Qarabağ Dirçəliş Fonduna ümumilikdə 2 milyon manat məbləğində vəsait köçürüb.

Qarabağ Dirçəliş Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılıb.

“Fonda ayrılan vəsait regionun bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və orada həyat şəraitinin təmin edilməsi işlərinə töhfə verəcək, bu isə öz növbəsində regionda iqtisadi inkişafa və sosial rifaha xidmət edəcək”, - deyə “NEQSOL Holding”in Baş direktoru Yusif Cabbarov bildirib.

“NEQSOL Holding” müxtəlif ölkələrdə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.