İQTİSADİYYAT


® NFC ödənişlərini “TamKart”la apar, 100 manat keşbek qazan

Ödənişləri “TamKart”la və NFC-ni dəstəkləyən cihazlarla aparmaq indi daha da sərfəlidir. Çünki ABB-nin elan etdiyi yeni silsilə kampaniya müddətində “TamKart”la (mobil telefonla ödəmələr, “GarminPay”, “ApplePay”, “GooglePay” və sair) ödənişlər toplam 100 manata çatanda müştəri əlavə keşbeklər qazanacaq. Kart sahibləri müxtəlif ticarət və xidmət məkanlarında, o cümlədən kafe və restoranlarda, marketlərdə, yanacaqdoldurma məntəqələrində, onlayn alış-verişlərində bu imkandan istifadə edə bilərlər.

Kampaniya hər dəfə 14 gün olmaqla 8 həftə davam edəcək. Kart sahibləri konkret müddətlərdə bu məkanlar üzrə ödənişlərindən 5 faiz keşbek qazanacaqlar: Marketlərdə: 03.10.22 – 16.10.2022; Yanacaqdoldurma məntəqələrində: 17.10.2022 – 30.10.2022; Kafe və restoranlarda: 31.10.2022 – 13.11.2022; Geyim, elektronika dükanlarında və e-ticarətdə: 14.11.22 – 27.11.2022.

Hər iki həftəlik müddətdə eyni müştəri maksimum 25 manat keşbek qazana bilər. Bütün kampaniya müddətində isə bir müştərinin 100 manata qədər keşbek qazanmaq imkanı var. Bundan faydalanmaq istəyən müştəri “ABB mobile”da hər kampaniya üçün ayrılıqda “Qoşul” düyməsini seçməlidir. Kampaniya barədə daha ətraflı məlumatları buradan əldə etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.