İQTİSADİYYAT
® “Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı “eSIM” xidmətini təqdim edib
“Nar” mobil operatorlar arasında ilk üztanıma texnologiyasının tətbiq edildiyi “eSIM” xidmətini təqdim edib. Bu xidmət sayəsində həm mövcud, həm də yeni abunəçilər “eSIM” nömrəni heç yerə getmədən onlayn şəkildə əldə edə bilərlər.
“eSIM” nömrəsini əldə etmək üçün “esim.nar.az” səhifəsində lazım olan məlumatları daxil edib QR kod vasitəsilə xidməti aktivləşdirməlisiniz.
Qeyd edək ki, SIM kartlarla müqayisədə bu xidmətin bir çox üstünlükləri var. “eSIM” xidməti nömrənin zədələnməsi, itməsi və ya dublikatı üçün müştəri xidmətlərinə yaxınlaşma zəruriyyətini aradan qaldırır, eləcə də telefonda əlavə nömrənin istifadəsinə şərait yaradır.
“eSIM” haqqında daha ətraflı məlumatı “esim.nar.az” səhifəsindən əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.