İQTİSADİYYAT


® “Nar” Gəncə sakinlərini ödənişsiz danışıq dəqiqələri və SMS-lə təmin edib

“Nar” Gəncədə yaşayan abunəçilərini ödənişsiz danışıq dəqiqələri ilə təmin edib. Doğmaları ilə rahatlıqla ünsiyyət qura bilmələri üçün Gəncədə yaşayan bütün “Nar” abunəçilərinin balansına mobil operator tərəfindən 100 ölkədaxili dəqiqə və 100 SMS yüklənilib.

Qeyd edək ki, mobil operator bundan öncə də cəbhəyanı ərazilərdə olan istifadəçilərinə dəstək olmaq və onların ruh yüksəkliyinə töhfə vermək məqsədilə Dövlət Müstəqillik Günündə minlərlə “Nar” ödəmə kartlarının və Azərbaycan bayraqlarının paylanılmasını təşkil edib. Eyni zamanda, cəbhəyanı rayonlarda yaşayan abunəçilərin balansına “Nar” tərəfindən 100 ölkədaxili dəqiqə və 100 SMS yüklənilib.

“Nar” bundan sonra da sosial öhdəliyinə sadiq qalaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda davam edən hərbi əməliyyatlar dövründə zərərçəkmiş əhaliyə dəstəyini davam etdirəcək. Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində haqq mübarizəmizin qələbə ilə başa çatacağına və işğal altında olan torpaqlarımızın azad ediləcəyinə əminik. Qələbə bizimdir!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.