REGİONLAR


® “Nar” Gəncə şəhərində yeni rəsmi mağazasını təqdim etdi

“Nar” paytaxtla yanaşı, digər şəhər və rayonlarda yaşayan sakinlərin rahatlığını və onlara göstərilən xidmət səviyyəsini daha da artırmaq məqsədilə mağazalarının sayını artırmaqda davam edir. Mobil operator növbəti rəsmi mağazasını Gəncə şəhərində təqdim edib. Yeni konseptə uyğun və müasir avadanlıqlarla təchiz edilmiş mağazada “Nar” sakinlərə müxtəlif təkliflərlə xidmət göstərəcək. Mağazada müştərilərə nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı ilə yanaşı, diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək. Yeni mağaza Gəncə şəhəri, Vəli Xuluflu küçəsində (Qafqaz Ticarət Mərkəzində) yerləşir. 

Mobil operator yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq, 7, 8, 9 fevralda müştərilərə “Nar” nömrələr hədiyyə verəcək. Bundan başqa, telefon və aksesuar alanlara da hədiyyələr təqdim ediləcək.

“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən çox baza stansiyası ilə 2,2 milyonadək abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.