İQTİSADİYYAT


® “Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir

®  “Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir

2022-ci ilin yekun nəticələrinə əsasən, yerli telekommunikasiya bazarında mobil operator “Nar” Müştəri Loyallığı İndeksinə (NPS – Net Promoter Score) görə ölkənin lider mobil operatorudur. Artıq ardıcıl dördüncü ildir ki, “Nar” Müştəri Loyallığı İndeksində rabitə bazarında ən yüksək göstəriciyə nail olur. Respondentlər ən çox mobil operatorun sərfəli qiymət qarşılığında təqdim etdiyi keyfiyyətli xidmətdən razı qalıblar.

Bu, mobil operatorun tariflərinin statistikasında öz əksini tapıb; “Cavannar 6” və “Cavannar 9” tariflərinə qoşulanların sayı müvafiq olaraq 135% və 85% təşkil edib, “Full” paketlərində isə ümumilikdə 13% artım olub. Daha üstün müştəri xidmətləri göstərmək üçün ötən il 20 “Nar” mərkəzi və diler dükanlarını yenilənmiş, eləcə də 164 yeni 4G baza stansiyası ilə şəbəkə əhatəsi daha da gücləndirilib. “Nar” şəbəkəsində 4G istifadəçilərinin sayı da 7,6% artıb.

“Nar” 2022-ci ildə müştərilərin heç yana getmədən nömrə əldə etməsi üçün ilk dəfə üztanıma texnologiyası ilə eSIM xidməti təqdim etdi. Abunəçilərin balanslarına nəzarət etmələri üçün “Nar+” özünəxidmət tətbiqi təqdim edildi. Bundan başqa, ötən ildən etibarən “Nar”, ingilis dili öyrənmək istəyən abunəçilərinə “LingoKids” və “FluentWorlds” kimi öyrədici tətbiqləri ilk ay pulsuz olmaqla, 70% endirimlə təqdim edir.

Mobil operatorun bütün məhsul və kampaniyaları haqqında məlumatları nar.az veb-saytından və “Nar”ın sosial media səhifələrindən öyrənə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.