İQTİSADİYYAT


® “Nar” cəbhə bölgəsində olan abunəçilərinin balansına 100 dəqiqə və 100 SMS yükləyib

“Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərini pulsuz danışıq dəqiqəsi ilə təmin edib. Mobil operator sentyabrın 27-dən etibarən gərgin döyüşlərin getdiyi cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib. Məqsəd torpaqlarımızın azadlığı uğrunda gedən gərgin hərbi əməliyyatlar dövründə təmas xəttindəki vətəndaşları kəsintisiz rabitə ilə təmin etməkdir. 

Qeyd edək ki, “Nar” Azərbaycan xalqının ruh yüksəkliyinə dəstək məqsədilə bütün sosial media kanallarında “Nar” loqosunun rəngini Azərbaycan bayrağı ilə əvəz edib. Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində bu döyüşü qələbə ilə başa vuracağımıza, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inanırıq. Qələbə bizimdir!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.