İQTİSADİYYAT


® “Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir

18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günündə “Nar” cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlara növbəti dəfə dəstək olub. Cəbhə xətti ilə sərhəddə olan sakinlərə qələbə ruhunu daha da yüksəltmək üçün üçrəngli bayrağımız, rahat ünsiyyət qura bilmələri üçün minlərlə “Nar” ödəmə kartları və digər ləvazimatlar paylanılıb. Eyni zamanda, düşmən atəşi nəticəsində evləri dağılmış və müvəqqəti sığınacaqlarda yerləşdirilmiş insanlara qış geyim dəsti təqdim edilib. 

Qeyd edək ki, “Nar” bundan öncə də cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib. Mobil operator torpaqların azad edilməsi uğrunda hərbi əməliyyatların getdiyi bir dövrdə bu cür sosial əhəmiyyətli layihələri həyata keçirməyi özünün öhdəliyi bilir.

Rəşadətli Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyinə əminik! Qələbə bizimdir!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.