İQTİSADİYYAT


® “Nar” əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb

Fevralın 18-də dövlət və özəl müəssisələrin iştirakı ilə “Əlilliyi olan şəxslərin məşğulluğu: İşəgötürənlərin təcrübəsi” adlı virtual dairəvi masa keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən icra edilən “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində baş tutub.

Əsas korporativ sosial məsuliyyət (KSM) istiqamətlərindən biri də fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası olan “Nar” onlayn tədbir zamanı bu sahə üzrə mövcud təcrübəsini bölüşüb. Mobil operator tərəfindən həyata keçirilən “Təlim məktəbi” layihəsi çərçivəsində paytaxt və regionlardan olan 150-dək fiziki məhdudiyyətli şəxs peşə təlimlərini başa vurub.

Qeyd edək ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi və bu barədə məlumatlılığın artırılması üçün ölkədə özəl və dövlət müəssisələri arasında qabaqcıl təcrübə paylaşımını təmin etmək olub.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90 faizini əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.