İQTİSADİYYAT


® “Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi olub

Gənclərin intellektual inkişafına xüsusi diqqət ayıran “Nar” mobil operatorunun dəstəyi ilə baş tutan “Breyn Rinq” intellektual bilik yarışının 13-cü mövsümü başa çatıb. Final mərhələsində “Lerik” və “Gəncə” komandaları yarışsa da, qalib adı uğrunda mübarizədə “Kapital Bank” və “Nar” komandaları qarşılaşıblar. Yüksək xal fərqi ilə qalib gələn “Nar” komandası “Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümünün çempionu adına layiq görülüb. Qeyd edək ki, “Azerfon” şirkətinin Baş icraçı direktoru Gunnar Pahnke qalib komandanı qəbul edərək onları təbrik edib və bundan sonrakı fəaliyyətlərində uğurlar diləyib. 

Yarışma dövrü boyu komanda şəklində yarışda iştirak edə bilməyən şəxslər üçün hər həftəsonu “Nar”ın “Facebook” səhifəsində xüsusi müsabiqə keçirilib. İyunda “Breyn Rinq”in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən istifadəçilərin adları isə artıq məlumdur: Mehralı Üzeyir, Şirinzadə Vüqar, Mahmudov Ramin, Həsənov Emin və Ağazadə Anar.

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq “Nar” öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilik müsabiqəsi də bunlardan biridir. Ətraflı məlumatı https://www.facebook.com/Narofficial hesabından və https://nar.az/ saytından əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.