İQTİSADİYYAT


® “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandırıb

“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində ötən il olduğu kimi bu il də ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırıb. 

Bu münasibətlə avqustun 14-də keçirilən mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 29 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün balans təqdim edilib.

Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazanıblar. “Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov gəncləri təbrik edərək, onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb.

“Gənclərimizin ildən-ilə göstərdikləri daha yüksək nəticələr bizi çox fərəhləndirir. Yüksək əzmkarlıq və çalışqanlıq kimi xüsusiyyətlər sayəsində əldə edilən bu nailiyyətə görə gənclərimizi təbrik etmək “Nar” olaraq bizim üçün də artıq xoş bir ənənəyə çevrilib. Əminəm ki, bu, daha böyük uğurların başlanğıcıdır”, - deyə Ə.Axundov qeyd edib.

Təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.

“Azerfon” şirkəti 2007-ci il martın 21-də “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq, qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. İki milyondan artıq istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 93 faizini əhatə edən və 7 mindən çox baza stansiyasından ibarət geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.