İQTİSADİYYAT


® “Nar”dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum olub

“Nar” dörd gün davam edən “Bakutel-2018” XXIV Beynəlxalq Telekommunikasiya, İnnovasiya və İnformasiya Texnologiyaları Sərgisində uğurla iştirak edib və ən son yeniliklərini nümayiş etdirib.

Sərgi müddətində mobil operatorun stendi ziyarətçilərin diqqətini cəlb edib və 4 gün ərzində “Nar” stendini 8 mindən çox insan ziyarət edib. Mobil operatorun təqdim etdiyi “Nar TV” və “Nar Wi-Fi” ruteri qonaqların böyük marağına səbəb olub. Sərgi iştirakçıları mobil operatorun ən son məhsulları ilə bilavasitə tanış olmaqla yanaşı, sınaqdan keçirmək fürsəti də qazanıblar. Burada, həmçinin maraqlı təqdimatlar keçirilib, müsabiqələr, müxtəlif yarışmalar və oyunlar təşkil edilib. Maraqlı təqdimatlar və ziyarətçi axını sayəsində “Nar” stendi sərginin “Ən yaxşı korporativ stil” stendi seçilib.

2018-ci il dekabrın 4-7-də Bakı Ekspo Mərkəzində keçirilən sərgi günlərində “Nar” stendində təşkil edilmiş müsabiqələr maraqla qarşılanıb. 4 gün ərzində davam edən əsas müsabiqənin qalibi elan olunub. Qalib Sevda İbrahimovaya müasir “Samsung Galaxy Note 9” telefonu hədiyyə edilib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97 faizini əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.