İQTİSADİYYAT
® “Nar”dan abunəçilərə operativ və keyfiyyətli müştəri xidmətləri
Hər bir abunəçisinin tələbinə xüsusi diqqət yetirən “Nar” müştərilərə fərdi yanaşmanı yüksək səviyyədə təmin edir. Təqdim etdiyi məhsullar, yüksəksürətli şəbəkə ilə yanaşı, mobil operator istifadəçilərinə müxtəlif platformalar vasitəsilə keyfiyyətli müştəri xidməti göstərməkdədir. Altı ay ərzində 777 Çağrı mərkəzinə 4,2 milyon zəng daxil olub ki, onlara ortalama 23 saniyə ərzində cavab verilib. “Nar”ın yüksək keyfiyyətli xidməti nəticəsində Çağrı mərkəzinə zəng etmiş abunəçilərin 89 faizi onlara göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Bu ilin ilk 6 ayı ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə isə 115 mindən çox müraciət daxil olub. Daxil olmuş müraciətlərin 95 faizi “Nar”ın sosial media komandası tərəfindən 1 dəqiqə ərzində cavablandırılıb.
Müştəriyönümlü strategiyasının davamı olaraq təqdim edilən və müştəri xidməti funksiyasını reallaşdıran “Nar+” tətbiqi hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verir.
Abunəçilərinin etibarlı tərəfdaşı kimi “Nar”ın həyata keçirdiyi müştəri yönümlü strategiyası müştəri məmnuniyyətinin artımına da səbəb olub. Abunəçilərinə göstərdiyi yüksək keyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq “Nar” mobil operatorlar arasında müştəri loyallığı indeksi üzrə birinci olub.
Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı “nar.az” internet səhifəsindən əldə etmək olar.