İQTİSADİYYAT
® “Nar”ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazanıb
Həmişə rəqəmsal kanallarda müsabiqələri və yarışları ilə fərqlənən “Nar”ın 15 sentyabr – “Bilik günü” münasibətilə keçirdiyi müsabiqə abunəçilər və sosial şəbəkə istifadəçilərinin rəğbəti ilə qarşılanıb. 15–17 sentyabr tarixləri arasında keçirilmiş müsabiqədə iştirak edənlər suallara cavab verməklə, həm məktəb illərini xatırlayıb, həm də internet bonusları və hədiyyələr qazanıblar.
https://www.nar.az/mekteb-illeri.html səhifəsində keçirilmiş müsabiqədə dörd min beş yüzdən çox insan iştirak edib. İştirakçıların hamısı “Nar” tərəfindən internet bonusları ilə mükafatlandırılıb. Maksimum nəticə göstərən ilk 20 nəfərə isə mobil operator tərəfindən əlavə olaraq hədiyyələr verilib. Yarışda orta iştirak müddəti 6 dəqiqə 43 saniyə olub.
“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.