İQTİSADİYYAT


® “Nar”ın dəstəyilə ölkənin ən böyük Azərbaycan dilli audiokitab toplusu yaradılır

“Nar” ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə “Canlı kitab” sosial layihəsini davam etdirir. “Radio Antenn” 101 FM-lə birgə hazırlanan layihə çərçivəsində Azərbaycan və dünya ədəbiyyatından seçmə nümunələr yutub platformasında cəmləşdiriləcək. Qeyd edək ki, “Canlı kitab” layihəsi çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından seçilmiş 135 əsər ana dilimizdə audiokitablar şəklində artıq yutub səhifəsində yerləşdirilib. Yüksəksürətli “Nar” mobil interneti vasitəsilə istənilən yerdən onlayn kitabxanadan rahatlıqda istifadə etmək olar.

Layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101 FM dalğasında, eyni zamanda, radionun və “Canlı kitab” verilişinin rəsmi feysbuk səhifələrində canlı yayımlanacaq, daha sonra “antenn.az” və yutub səhifəsində yerləşdiriləcək.

Qeyd edək ki, “Canlı Kitab” layihəsi, həmçinin görmə qabiliyyəti məhdud olan insanların da dünyasına işıq salır. Belə ki, layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlara paylanması nəzərdə tutulur.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90 faizini əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.