CƏBHƏ XƏBƏRLƏRİ


® “Norm” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşən qüdrətli Ordumuza dəstək hər bir azərbaycanlının ümdə vəzifəsidir. Bu məqsədilə “Norm” ASC Silahlı Qüvvələrə Yardım Fonduna “NEQSOL Holding” tərəfindən ayrılmış 2,5 milyon manat ümumi büdcə çərçivəsində 500 min manat vəsait köçürüb.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı əsasında yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

“Norm Sement” dövlətimizin dayağı və xalqımızın qürur yeri olan Azərbaycan Ordusunun daim yanındadır. Şirkət olaraq ölkəmizin ərazi bütövlüyünün və sərhədlərinin qorunması, torpaqlarının müdafiəsi üçün Milli Ordu sıralarında xidmət edən əməkdaşlarımızla da qürur duyuruq.

Cənubi Qafqazın ən iri sement istehsalçısı olan “Norm Sement” daim öz sosial öhdəliklərinin fərqindədir və bu ənənəsini gələcək illərdə də davam etdirməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.