İQTİSADİYYAT


® “OBA Market” mobil tətbiqi istifadəyə verildi

Azərbaycan üzrə 900-dən çox marketdə keşbek qazanmaq mümkün olacaq

Azərbaycanın lider şirkətlərindən biri, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan və daima müştərilərini düşünən “OBA” marketlər şəbəkəsi “OBA Market” mobil tətbiqini istifadəyə verməklə daha bir yeniliyə imza atdı.

“OBA” marketləri ictimaiyyətə təqdim etdiyi yeni mobil tətbiqi ilə müştəriləri üçün bir sıra yeniliklər nəzərdə tutur. Yeni tətbiqlə “OBA” marketlərindən hər 10 AZN və üzəri alış-verişlərdə keşbek və xüsusi hədiyyələr qazanmaq mümkün olacaq. Belə ki, göstərilən xidmətə görə ödənilən məbləğin bir hissəsi müştərilərin hesabına qaytarılacaq və istifadəçilər hesablarında toplanan bonuslarla daha çox məhsullar əldə edə biləcəklər.

İstifadəçilər, həmçinin mobil tətbiq vasitəsilə “OBA” marketlərində həyata keçirilən “Həftənin fürsətləri”, “Möhtəşəm çərşənbə”, “Həftəsonu endirimləri”, “Xüsusi endirim” adlı ənənəvi və müxtəlif növ kateqoriyalar üzrə həyata keçirilən yeni endirimlərdən istənilən vaxt, anında və operativ olaraq xəbərdar olmaq, şikayət və təklifləri birbaşa tətbiq vasitəsilə bildirmək fürsəti qazanırlar.

Bundan əlavə, mobil tətbiqə daxil olaraq ən yaxın “OBA” market filialının ünvanını da əldə etmək mümkündür.

“OBA Market” mobil tətbiqini Android və iOS əməliyyat sistemlərindən yükləmək mümkündür. Müştərilər mobil tətbiqi Google Play Store və Apple App Store-da axtarış xanasına “OBA Market” sözünü yazaraq yükləyə bilərlər.

Növbəti mərhələdə isə “OBA” market müştərilərini qonşu marketə gedərək sərfəli və rahat alış-verişdən zövq almaq və toplanan bonuslardan istənilən zaman yararlanmaq fürsəti gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.