CƏMİYYƏT


® “OBA” marketlər şəbəkəsi Xocavənd rayonunun şəhid və qazi ailələrini ziyarət edib

Azərbaycanın lider şirkətlərindən biri, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan və daima müştərilərini düşünən “OBA” marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə Xocavənd rayonunun şəhid, qazi və əsgər ailələrini ziyarət edərək ərzaq qutuları paylayıb.

Xeyriyyə tədbirləri və sosial aksiyaları ilə seçilən “OBA” marketlər şəbəkəsinin həyata keçirdiyi layihələr içərisində şəhid ailələri və qazilərə dəstək xüsusi yer tutur. Keyfiyyətli məhsullar və münasib qiymətlərlə 5 ildir müştərilərinə qonşu olan “OBA” marketlər şəbəkəsi növbəti layihəsini Beyləqan rayon ərazisində məskunlaşmış xocavəndlilər üçün keçirib.

Bu dəfə “OBA” marketlər şəbəkəsi Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Beyləqanda salınmış 500 evlər Xocavənd qəsəbəsi və ətraf ərazilərdə məskunlaşan qazilərə, şəhid və əsgər ailələrinə Ramazan yardımı gətirib. “OBA” marketlər şəbəkəsi 10-dan çox şəhid ailəsi də daxil olmaqla ümumilikdə 200-ə yaxın ailəyə yardım qutusu paylayıb.

“OBA” marketlər şəbəkəsinin marketinq kommunikasiyaları üzrə şöbə müdiri Fəzilət Səmədova bildirib ki, bu layihələrin məqsədi xalqımıza dəstək olmaqdır:

“OBA” marketlər şəbəkəsi olaraq korporativ sosial məsuliyyət tədbirlərimiz çərçivəsində hər zaman xalqımıza dəstək olmağa çalışırıq. Bu istiqamətdə mütəmadi olaraq müxtəlif yardım layihələri həyata keçirilir. Bu gün isə Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xocavənd və ətraf rayonlarda məskunlaşan qazi və əsgər ailələrimizə Ramazan ayı münasibətilə yardım sovqatı gətirmişik. Məqsədimiz həmişə olduğu kimi əsgərlərimizə, şəhid ailələrinə və qazilərimizə dəstək olmaqdır”.

“OBA” marketlər şəbəkəsinin öz məhsullarından hazırlanmış ərzaq bağlamaları Xocavənd Rayon İcra Hakimiyyətinin binası qarşısında qazi və əsgər ailələrinə təqdim edilib.

Vətən müharibəsi qazisi Vüqar Səfərov qazilər adından onları unutmadıqlarına görə şirkətə minnətdarlıq edib:

“ “OBA” marketlər şəbəkəsi kollektivinə qazi olaraq minnətdarlığımızı bildiririk. Müharibə zamanı necə ki, camaatımız arxamızda durdu, nəyə ehtiyac var idisə onunla təmin olunduq. “OBA” marketlər şəbəkəsi yenə Ramazan ayında qazi qardaşlarımızı sevindirdi. Çox sağ olsunlar ki, bizi yaddan çıxarmırlar, hər dəfə yada salırlar. Ona görə də, mən “OBA” marketlər şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirirəm. Rəhbər heyətinə də, bütün işçilərə də dərin təşəkkürümü bildirirəm, çox sağ olsunlar”.

Ramazan yardımı təqdim olunan Muğanlı kənd sakini Mehriban Hüseynova da minnətdarlıq edib. Həyat yoldaşı MAXE olan M. Hüseynova döyüşçü ailələrinin həmişə qayğı ilə əhatələndiyini diqqətə çatdırıb:

“Sağ olsun dövlətimiz, Prezidentimiz, “OBA” marketlər şəbəkəsi, həmişə döyüşçülərimizi, qazilərimizi, şəhid ailələrini dəyərləndirirlər. “OBA” marketə çox təşəkkürümü bildirirəm ki, belə təşkilatçılıq edib. Çox sağ olsunlar ki, bizi yada salırlar, döyüşçülərimizə dəyər verirlər. Azərbaycan Ordusuna eşq olsun!”

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri ziyarət edilib və onlara Ramazan yardımları evlərində paylanıb. Şəhid ailələri də diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Tədbirin sonunda 44 günlük Vətən müharibəsində canından keçən Xocavənd rayonundan olan şəhidlərin məzarları ziyarət olunub, xatirələri ehtiramla yad olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.