CƏMİYYƏT


® Ölkənin reklam bazarında ilk – hamı bu videodan danışır

İyunun 10-u saat 18:20-də Azərbaycanda “Full dəqiqəsi” olub. Belə ki, eyni vaxtda bütün yerli telekanallar və radiostansiyaların efirində, eləcə də şəhərin bütün reklam monitorlarında, ticarət mərkəzlərində, ictimai nəqliyyatda (avtobuslar, Bakı Metropoliteninin stansiyaları və dayanacaqlar), Heydər Əliyev Beynəlxalq Aeroportunda, çimərliklərdə, paytaxtın mərkəzi kafe və restoranlarında qara geyimli şəxsin görüntüsü və səsi yayımlanıb. 

“Instagram” və “Facebook” sosial şəbəkələrində yüzlərlə tanınmış şəxsin və digər istifadəçilərin sözügedən videonu paylaşması hər kəsin diqqətini cəlb edib. Bundan başqa, şəhərin mərkəzi parklarında eyni mövzuda minlərlə fləşmober və promoter tərəfindən maraqlı görüntü yaradılıb.

Azərbaycan marketinq tarixində ilk sayıla biləcək bu addımın yerli “Full” sərinləşdirici içki brendinin bazara giriş reklamı olduğu məlum olub. Böyük bir komandanın gərgin əməyi nəticəsində ərsəyə gəlmiş reklam kampaniyasının videohesabatını diqqətinizə çatdırırıq. https://www.youtube.com/watch

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.