İQTİSADİYYAT


® Onlayn “BirKart” sifariş et, 22 AZN qazan

Ölkənin ən məşhur taksit kartı olan “BirKart”ı əldə etmək istəyənlər ilk ödəniş zamanı əlavə vəsait qazana biləcəklər. Belə ki, “BirKart Umico”, “BirKart Cashback” və “BirKart Miles” taksit kartlarını onlayn sifariş edən müştərilər kartla minimum 20 AZN ödəniş edən zaman 22 AZN məbləğində əlavə vəsait qazanacaqlar.

Fevralın 15-dək davam edəcək aksiya, taksit, POS-terminal ödənişləri və ya onlayn alış-veriş zamanı keçərlidir. Kart rəsmiləşdirildikdən sonra 30 gün ərzində hər yeni “BirKart” sahibi bu fürsətdən yalnız bir dəfə yararlana bilər.

Qeyd edək ki, “BirKart”ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən başlayan keşbek və “Umico” bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 10 mindən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

“BirKart” haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, 196 Sorğu Mərkəzinə və ya kartın “Facebook” səhifəsinə www.facebook.com/birkart.az  müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999-81-96 nömrəsinə “WhatsApp” vasitəsilə, həmçinin “BirKart” mərkəzlərinə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.