İQTİSADİYYAT
® Pul köçürməsini “MilliÖn” terminalları vasitəsilə etmək mümkün oldu
"Kapital Bank"ın "Xəzri" təcili pulköçürmə sistemi ilə ölkə daxilində 1000 AZN-dək pul köçürmə əməliyyatlarının “MilliÖn” ödəniş terminallarında aparılması mümkündür.
Müştərilər ölkədaxili göndərilən pul vəsaitini günün istənilən saatında 600-dən çox "Kapital Bank" bankomatlarından və ya sistemin çoxsaylı tərəfdaş bankının filiallarından komissiyasız nağdlaşdıra bilərlər.
Köçürmələrə görə 0,8 faiz (minimum 1 AZN) komissiya haqqı tutulur. Cəmi 2 dəqiqə ərzində “MilliÖn” ödəniş terminallarının "pul köçürmələri" bölməsinə daxil olub əməliyyatı tamamlamaq olar. Bunun üçün göndərən şəxsin öz şəxsiyyət vəsiqəsinin nömrəsini bilməsi zəruridir.
Həmçinin ölkə daxilində 1000 manatadək pulköçürmə əməliyyatını www.xazri.az saytı vasitəsilə etmək mümkündür. Saytda göndərilən və alınan köçürmələrin statusu barədə də məlumat əldə etmək olar.
Qeyd edək ki, "Xəzri" hazırda Azərbaycan bazarının ən böyük pulköçürmə sistemidir. Sistem Azərbaycanda "Kapital Bank", "Atabank", "Expressbank", "AFB Bank", "Nikoil Bank", "Günay Bank" və "NBC Bank" üzrə ümumilikdə 200-dən çox filialı və şöbələrdə müştərilərin xidmətindədir. Bu ilin üçüncü rübü üzrə sistem vasitəsilə 300 minə yaxın, ümumi məbləği 160 milyon manatadək köçürmə əməliyyatı aparılıb.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. "Kapital Bank"ın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.