İDMAN


® Qalib gəl və “Neftçi”nin qonağı ol

Bakı, 30 aprel, AZƏRTAC

“Gaming League Azerbaijan” və Azərbaycan Kiberidman Federasiyasının birgə təşkilatçılığı ilə kompüter oyunları üzrə XV Milli Çempionat çərçivəsində FIFA21 turnirinə qeydiyyata start verilib.

AZƏRTAC xəbər verir ki, böyük maraqla qarşılanan FIFA21 yarışında bu dəfə rekord sayda iştirakçının mübarizə aparacağı gözlənilir. Hazırkı məlumata əsasən 100-dən artıq iştirakçı qeydiyyat üçün müraciət edib.

Yarışın qalibi unudulmaz fürsət əldə edəcək. FIFA21 turnirinin ən yaxşısı Bakının tarixi “Neftçi” futbol klubunun bazasında qonaq olacaq. Qalib iştirakçı komandanın məşqində iştirak edəcək və futbolçuların hazırlığını canlı izləməklə unudulmaz bir günü “Neftçi” ailəsi ilə birgə keçirəcək.

Xatırladaq ki, XV milli çempionat çərçivəsində FIFA21 turniri “Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi ilə təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.