İQTİSADİYYAT
® “Qazax Sement Zavodu” MMC bu il “World Confederation of Businesses”in keçirəcəyi “THE BIZZ Business Excellence Award” mükafatçısı elan edilib
“Qazax Sement Zavodu” MMC-nin 2019-2020-ci illərdə işgüzar biznes fəaliyyəti, biznesdə liderlik, məhsul və xidmətlərin keyfiyyəti, idarəetmə sistemi, innovasiyalar və digər nailiyyətlərinə görə 2020-ci il noyabrın 24-27-də Biznesin İdarə Edilməsi üzrə Dünya Konfederasiyasının (“World Confederation of Businesses” (ABŞ, Hyuston) Qətərdə keçirəcəyi mükafatlandırmada qalib kimi iştirak edəcək.
Məlumat üçün bildiririk ki, 2004-cü ildə ABŞ-ın Texas ştatında “World Confederation of Businesses”in əsası qoyulub. Hazırda konfederasiyanın tərkibində 120 ölkədən 3500–dən çox nümayəndə var.
“Qazax Sement Zavodu” MMC son illərdə respublikada həyata keçirilən irimiqyaslı inşaat layihələrini keyfiyyətli sement və beton məhsulları ilə təmin edir, eyni zamanda, sement və klinkerin ixracını uğurla həyata keçirir. Zavod regionda bir sıra sosial layihələri də həyata keçirir, sərhədyanı kəndlərdə yaşayan aztəminatlı ailələri mütəmadi olaraq ziyarət edir.
Zavod xüsusilə koronavirus infeksiyasının yayıldığı son aylarda Qazax rayonunda yaşayan aztəminatlı ailələri ərzaqla təmin edib, eyni zamanda, fasiləsiz iş rejimini nəzərə alaraq zavod ərazisində yerləşən obyekt və ofislərdə dezinfeksiya və digər zəruri tədbirləri həyata keçirib.
“Qazax Sement Zavodu” MMC klinker və sement istehsalı həcminin, o cümlədən respublikanın qərb regionunda yerləşməsi ilə Gürcüstana klinker ixracı potensialının artırılmasına istiqamətlənən investisiya layihəsini də həyata keçirir.
2020-ci ilin mart-aprel aylarında Almaniyanın “Sustained Visions” və Türkiyənin “Dal Teknik Makina” şirkətləri zavodun klinker və sement istehsalı həcminin artırılması üçün texnoloji avadanlıqların təchizi və quraşdırılması işlərini həyata keçirib. Layihənin uğurla reallaşdırılması üçün zavodun avtomatika və istehsalat sahələrindəki işlərə təcrübəli yerli və xarici mühəndis – texniki qrup cəlb edilib. Hazırda layihə tamamlanmaq üzrədir.
Zavod tərəfindən məhsuldarlığın artırılmasına istiqamətləndirilmiş investisiyalar ixrac potensialının artırılması, ölkəyə xarici valyutanın daxil olması, eyni zamanda, regionun inkişafı, yeni iş yerlərinin açılması yerli əhali üçün böyük imkanlar və perspektivlər yaradacaq.