İQTİSADİYYAT


® “Rabitəbank” Qarabağ Dirçəliş Fonduna 100 min AZN ianə köçürüb

Vətən müharibəsinin ilk günlərindən hadisələri diqqət mərkəzində saxlayan “Rabitəbank” ön cəbhədə savaşan qəhrəmanlarımıza daim dəstək olmağa çalışıb. Bank bu dəfə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş regiona çevrilməsi, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 100 min AZN dəyərində ianə köçürüb.

Qeyd edək ki, “Rabitəbank” bundan öncə müştərilərinin “YAŞAT” Fonduna məsafədən ianələrini asanlaşdırmaq məqsədilə öz mobil tətbiqi “Rabita Mobile”də onlayn dəstək funksiyasını aktivləşdirib. Bundan başqa ön cəbhədə vuruşan qəhrəmanlarımızın maddi-texniki təminatını yaxşılaşdırmaq məqsədilə “əsgər payı” qutuları hazırlayaraq hərbi sıralara göndərib, rəhbər heyəti də əməkdaşlarla birgə könüllü qanvermə aksiyasında iştirak edərək xalqımızın çətin günündə səfərbərlik nümayiş etdirib.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.