İQTİSADİYYAT
® “Rabitəbank” hədiyyəli və güzəştli “Novruz” kampaniyasına start verir
“Rabitəbank” müştəriləri üçün qarşıdan gələn Novruz bayramı münasibətilə sərfəli bayram kampaniyaları keçirir. Bu dəfə ənənədən bir az kənara çıxaraq müştərilər öz bayram paylarını özləri seçəcəklər.
Bayramqabağı alış-veriş etmək, sevdiklərinə hədiyyə almaq, kiçikdən böyüyədək hər kəsi sevindirmək istəyənlər “Rabitəbank”dan nağd pul kreditini 2 faiz endirimlə 16 faizdən başlayan sərfəli şərtlərlə əldə edə biləcəklər. Kredit müddəti 36 ay, maksimal məbləğ isə 20 min AZN olacaq.
İkinci təklif isə komissiya və sığorta haqqı ödəmədən nağd pul krediti almaq istəyənlər üçündür. Bu təklifi seçən müştərilər fərdi məqsədlər üçün istehlak krediti əldə etdikdə kreditin komissiyası və sığorta haqqını “Rabitəbank” qarşılayacaq.
Bunlarla yanaşı, Bahar və Novruz adlı müştəriləri də xüsusi sürpriz gözləyəcək. Kampaniya çərçivəsində adı Bahar və ya Novruz olan müştərilərə “Kartmane kredit” kartı hədiyyə olunacaq.
Bayram günlərində ən çox balacaların üzü gülsün deyə “Rabitəbank” kampaniya müddəti çərçivəsində xeyriyyə aksiyası da keçirəcək. Bu müddət ərzində “Kartmane debet” kartı alan müştərilərin ödədiyi xidmət haqqının bir qismi uşaq evlərinə “Novruz payı” göndərilməsi üçün ayrılacaq.
Bu sərfəli təkliflərdən sizə ən uyğun olanından onlayn sifarişlə də faydalana bilərsiniz. “Rabita Mobile” tətbiqi, “RabitaBot” maliyyə çatbotu və rəsmi veb-saytı vasitəsilə banka gəlmədən, əlavə vaxt xərcləmədən nağd pul kreditini onlayn sifariş edə bilərsiniz: http://rbt.az/novruz-krediti “Novruz” kampaniyaları barədə ətraflı məlumat əldə etmək istəsəniz, Bankın “133” Çağrı mərkəzi xidmətinizdədir.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, “133” nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.