İQTİSADİYYAT


® “Rabitəbank” müddəti tamamlanan kartların vaxtını uzadır

“Rabitəbank” koronavirusla mübarizədə müştərilərinə dəstəkdir.

Bu istiqamətdə ölkədə aparılan zəruri tədbirləri nəzərə alaraq, cari ilin mart, aprel, may ayından etibarən istifadə müddəti tamamlanan bütün ödəniş kartlarının vaxtı 2020-ci ilin iyul ayına qədər avtomatik uzadılacaq. Müştərilər kart vasitəsilə vəsaitlərini nağdlaşdırma ilə yanaşı, alış-verişlərini, həmçinin evdən onlayn sifarişlər nağdsız olaraq kart vasitəsilə həyata keçirə biləcəklər.

Həmçinin müştərilərə COVID-19-dan qorunmaq üçün ödənişlərini nağdsız şəkildə kart vasitəsilə və yaxud “PayPass” stikerlərimizlə həyata keçirmələrini tövsiyə edirik. Bütün bunlarla yanaşı, nağdsız əməliyyatlardan istifadə edən müştərilərimiz supermarketlərdən, yemək sifarişlərini çatdıran şirkətlərdən və digər onlayn sifarişlərdən cashback qazanacaq.

“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, “İnternet Bankinq” və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.