İQTİSADİYYAT


® “Rabitəbank” şəhid hərbçilərin və həlak olan mülki şəxslərin borcunu siləcək

“Rabitəbank” hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşlarımızın dəstəklənməsi ilə bağlı tədbirlər görəcək. Belə ki, bank Azərbaycan Respublikası Mərkəzi Bankının tövsiyəsi ilə aşağıdakı qərarların icrasına öhdəlik verir:

- torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin banka olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək;

- düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banka olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək;

- hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banka olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 2020-ci il sentyabrın 27-dən tam dayandırılacaq;

- torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin 1 illik əməkhaqqı miqdarında vəsait ödəniləcək;

- torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun 3 aylıq əməkhaqqı miqdarında birdəfəlik maddi yardım ödəniləcək.

Bu kateqoriyadan olan şəxslərin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hazırda hər hansısa bir tələb irəli sürülmür və kredit tarixçələri pisləşdirilmir.

Qeyd edək ki, bundan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan haqq döyüşündə ordumuza dəstək məqsədilə “Rabitəbank” Silahlı Qüvvələrə Yardım Fonduna 100 min AZN köçürüb. Həmçinin bankın mobil əlavəsi olan “Rabitəbank Mobil” tətbiqində də vətəndaşlara fonda maddi yardımı asanlaşdıran köçürmə funksiyası da istifadəyə verilib.

“Rabitəbank” ordumuzun hazırkı ruh yüksəkliyi, döyüş əzmkarlığı və parlaq qələbələri ilə fəxr edir, Ordu sıralarına qoşulan bank əməkdaşları da daxil olmaqla bütün hərbçilərimizə sağ-salamat evlərinə qayıtmağı arzulayır! Zəfər Azərbaycan Ordusunundur!

"Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.