İQTİSADİYYAT


® “Rabitəbank” sürətlə böyüyür

Ölkənin ən şəffaf bankarından olan "Rabitəbank" 2019-cu ilin birinci rübünü yüksək mənfəətlə tamamlayıb.

Bank bu ilin ilk rübünü 3,2 milyon AZN mənfəətlə tamamlayıb, aktivlərin həcmi isə 717 milyon AZN təşkil edib. Bankın kredit portfeli 2018-ci ilin birinci rübü ilə müqayisədə 37 faiz artaraq 55,8 milyon AZN-ə çatıb. Ümumiyyətlə, bankın gəlirləri 12 milyon manatadək yüksəlib.

Həmçinin ötən ilin birinci rübü ilə cari ilin birinci rübünün müqayisəsində insan resurslarında da ciddi artım hiss olunub. Hazırda "Rabitəbank" əməkdaşlarının sayı 766-ya çatıb.

Rəqəmsal xidmətlər sahəsində də bank ciddi irəliləyişlər nümayiş etdirir. Belə ki, "Rabitəbank"ın ölkədə ilk dəfə bank əməliyyatlarının həyata keçirdiyi "Rabitəbot", "Telegram" və "Facebook Messenger" üzərindən kommunal və mobil operator ödənişləri, hesabın bölünməsi (split bill) kimi xidmətlərini birinci rübdə aktiv edib.

Göstəricilərin yüksək olması "Rabitəbank"ın yenilikləri və tətbiqləri ilə əhali arasında geniş inam və rəğbət qazanmasının bariz nümunəsidir. Ümumən isə bank unikal xidmətlərinin təqdim etməyə və yeni xidmət nöqtələrinin fəaliyyətinə hazırlaşır.

Ölkənin ilk müstəqil banklarından olan "Rabitəbank" 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 “qaynar xətti”nə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.