İQTİSADİYYAT
® “Rabitəbank” uşaq evini ziyarət edib







“Rabitəbank” bankın yaranmasının 30 illiyi və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə şəkildə keçirdiyi sosial layihələri davam etdirir. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Rabitəbank”ın rəhbərliyi və əməkdaşları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi ilə birlikdə Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 66A ünvanında yerləşən 1 nömrəli Uşaq Evini ziyarət edib.
Sözügedən uşaq evində 70-dən çox azyaşlı və məktəbli uşaq qalır. Valideyn himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları sevinclə qarşıladılar. “Rabitəbank”ın əməkdaşları tərəfindən təqdim edilən məktəb ləvazimatları və film izləmək üçün xüsusi proyektor cihazı uşaqların sevinc və həyəcanına səbəb oldu. Daha sonra uşaqlar qonaqlar üçün hazırladığı səhnəcikləri, rəqsləri oynayıb, şeir və mahnı oxuyublar.
Beləcə, bank heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkdirildi.
Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.
Qeyd edək ki, "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.