İQTİSADİYYAT


® “Rabitəbank”dan “Muğanbank”a transfer olub

“Muğanbank” ASC təcrübəli bank əməkdaşını öz sırasına cəlb edib.

Tamerlan Məhəmməd oğlu Qasımov bankın Biznes Bankçılıq Departamentinin direktoru vəzifəsinə təyin olunub.

Ümumilikdə bank sahəsində 15 ildən artıq təcrübəyə malik olan Q.Tamerlan uzun illər “AGBank” ASC-də müxtəlif rəhbər vəzifələrində çalışıb, 2020-ci ildən etibarən “Rabitəbank” ASC-də İdarə Heyəti sədri müavininin satış üzrə müşaviri, Mikro Biznes Strukturunun rəhbəri, daha sonra isə bankın Müştəri Xidməti sahələrinin satış rəhbəri vəzifələrində fəaliyyət göstərib. Tamerlan Qasımov bakalavr təhsilini ADPU universitetinin tarix fakültəsində “Tarixçi” ixtisası, daha sonra ADİU universitetinin MBA proqramı çərçivəsində “Maliyyə və Kredit” ixtisası üzrə təhsil alıb.

Qeyd edək ki, Q.Tamerlan bank sektoru üzrə bir çox beynəlxalq və yerli sertifikatlara yiyələnib, bu sahədə öz bilik və bacarıqlarını çalışdığı yerlərdə tətbiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.