İQTİSADİYYAT
® “Rabitəbank”dan özünəməşğulluq proqramına dəstək
“Rabitəbank” regionda mikro biznesin inkişafı üçün avadanlıqlar hədiyyə edib.
COVID-19 səbəbilə mövcud vəziyyətdə bizneslərə və özünəməşğulluğa dəstək prioritet məqamlardan biridir. Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, dövlət tərəfindən yaradılmış maliyyə və təşviq institutları və fondları yaranmış çətinliklərin aradan qaldırılmasına yönəlmiş təxirəsalınmaz tədbirlər həyata keçirir.
Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən, “Rabitəbank” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandumuna qoşulub.
Proqrama qoşulan “Rabitəbank” tərəfindən Qusar rayon sakini Viktor Hacağayevə bir ədəd sintezator “Korg 600”, bir mikrofon, mikşer və musiqi səs sistemi avadanlıqları hədiyyə olunub və xüsusi sertifikat təqdim edilib. Qeyd edək ki, “Rabitəbank” korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində sahibkarlara, xüsusən də region sahibkarlarına daima öz dəstəyini göstərir.
“Rabitəbank” 25 xidmət məntəqəsi və 68 ATM-ı, “Rabitəbank Mobile” adlı mobil tətbiqi və İnternet Bankinq, “RabitəBot” adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə müştərilərin xidmətindədir.