REGİONLAR


® “Rabitəbank”ın “Qusar” filialı yeni ünvanda müştərilərin xidmətindədir

"Rabitəbank"ın "Qusar" filialı artıq yeni ünvanda – Qusar şəhəri, Ç.Qurbanov 18a ünvanında müştərilərinə xidmət göstərməyə davam edəcək.

Yeni ünvanda baş tutan açılışda başda "Rabitəbank"ın idarə heyətinin sədri Elçin Qədimov olmaqla bank rəhbərliyindən bir sıra şəxslərlə yanaşı, həm də bankın müxtəlif strukturlarında çalışan əməkdaşlar da iştirak edib.

Filialın yeni ünvana köçməsinin səbəbi bankın getdikcə çoxalan müştəri kütləsinə daha yaxşı xidmət göstərmək istəyidir. Belə ki, yeni filial geniş və işıqlı binada yerləşir, müştərilər üçün geniş gözləmə zalı mövcuddur.

"Qusar" filialı bütün növ hesablaşma və kassa əməliyyatlarının, pulköçürmələrinin həyata keçirilməsi və bütün müştəri seqmentlərinə uyğun kreditlərin verilməsi üzrə xidmətlər göstərir.

25 illik bank tarixinə sahib "Rabitəbank" ölkənin ən iri banklarından biri kimi 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.