İQTİSADİYYAT


® Rəşad Quliyev: “Xırdalan” pivəsi içdim, Xırdalandan ev aldım VİDEO

Masallı rayonunun sakini Rəşad Quliyev fəhlə işləyir. Bu günlərdə “Xırdalan” pivəsi alaraq, “Kristal Abşeron”un Xırdalanda inşa etdiyi binadan 1 otaqlı təmirli mənzil udub.

Bu barədə jurnalistlərə müsahibə verən R.Quliyev deyib ki, isti yay günlərində “Xırdalan” pivəsinin öz ləzzəti var. Həmişə də “Xırdalan” alıb içirəm: “O gün də 2 pivə aldım. Qapağını açanda içindən kod çıxdı. Sözün düzü, inanmadım. Qeydiyyatdan keçdikdən bir müddət sonra mənə zəng gəldi ki, ev udmusunuz. Hətta dedilər ki, “Facebook”da bu barədə məlumatı oxuya bilərsən. Bir sözlə, “Xırdalan” pivəsi içdim, Xırdalandan ev qazandım”.

Həmişə böyük uduş arzusunda olduğunu söyləyən Rəşad nəhayət istəyinə çatdığını bildirib. Onun sözlərinə görə, Bakıda evi yox idi və ailəsi mənzil uduşuna görə sevinc içindədir.

R.Quliyev sonda bu aksiyanın təşkilatçılarına, ilk növbədə, Xırdalan pivəsinin istehsalçısı “Carlsberg Azerbaijan” şirkətinə öz adından və ailəsinin adından minnətdarlığını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.