CƏMİYYƏT


® Revizion rinoplastikada vacib nüanslar

Revizion rinoplastika nədir?

Estetik burun əməliyyatlarının 7-10 faizində bəzi arzuolunmaz nəticələr ola bilər. Onları aradan qaldırmaq üçün təkrari əməliyyata ehtiyac olur ki, bu da revizion rinoplastika adlanır. Təkrari burun əməliyyatının kiçik (minor) və böyük (major) olmaqla iki versiyası var. Kiçik düzəlişdə pasiyent ilk əməliyyatın nəticəsindən məmnun ola, ancaq yüngül düzəlişlər tələb edə bilər. Əvvəlki rinoplastika əməliyyatının nəticəsində əhəmiyyətli bir deformasiya olduqda isə ciddi düzəliş lazım gəlir. Kiçik revizion rinoplastika əməliyyatı ortalama 30-40 dəqiqə, böyüyü isə 3-6 saat çəkə bilər.

Kiçik yoxsa böyük revizion rinoplastika?

Revizion rinoplastikanın böyük və ya kiçik olmasına aşağıdakı amillər təsir edir:

• İlkin prosedurun yaratdığı pozulmanın dərəcəsi

• İlkin prosedur zamanı çıxarılmış burun septumunun miqdarı

• Dərinin xüsusiyyətləri

• Burun tənəffüs yolunun keyfiyyəti.

Yuxarıdakıların hamısını dəqiq bilməyin yeganə yolu cərrah ilə məsləhətləşməkdir.

Nə zaman revizion rinoplastika lazımdır?

Aşağıdakı hallarda təkrari rinoplastikaya ehtiyac duyulur:

• Burun ucunda sallanma

• Burun arxasında donqarlıq

• Burun qığırdaqlarının həddən çox çıxarılması hesabına burunda çökmə

• Burunda əyrilik (ilkin rinoplastikadan öncə burunda əyriliyin olması, kifayət qədər düzəlməməsi və ya rinoplastikadan sonra yaranması)

• Burun ucunun və qanadlarının assimmetrik olması

• Həddən çox dik burun və ya aşırı yonulmuş burun arxası

• Burun tutulması, rahat nəfəs ala bilməmək.

İlk əməliyyatdan nə qədər sonra revizion rinoplastika etmək olar?

Hər şeydən əvvəl, başqa bir prosedura tab gətirmək üçün burnunuzun tam sağalması lazımdır. Ümumiyyətlə, rinoplastikanın yaxşılaşması tam bir il çəkir. Vaxtından əvvəl revizion rinoplastika əməliyyatı əsassızdır, çünki bütün postcərrahi problemləri həll edə bilməz. Bu səbəbdən əməliyyata əvvəlki rinoplastikanızdan 12 ay sonra başlamamağınız məsləhətdir.

Əməliyyatdan əvvəl önəmli nüans

Plastik cərrahınız təkcə burnunuza baxaraq çox şey deyə bilər. Ancaq məsləhətləşmələr zamanı sizə daha çox məlumat vermək üçün ən yaxşısı, revizion əməliyyatdan əvvəlki şəkillərinizi və mümkünsə əvvəlki cərrahınızdan operativ bir xülasə əldə edəsiniz.

Revizion rinoplastika əməliyyatından sonrakı dövr

İlk 6 həftə ərzində fiziki fəaliyyətdə məhdudlaşma lazımdır. Revizion rinoplastikadan sonra ortalama 8-10 gün müddətində müəyyən dərəcədə burun tutulması və şişkinlik olacaq.

https://www.instagram.com/drsamisamin/

https://www.samisamin.com/category/rinoplastika/

https://www.samisamin.com/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.