CƏMİYYƏT


® Rinoplastika haqqında bilməli olduqlarınız

Rinoplastika nədir?

Rinoplastika sümük və ya qığırdaq üzərində işlənilərək burun formalarını dəyişdirmək üçün həyata keçirilən əməliyyatdır. Bu, ən çox edilən plastik cərrahiyyə növlərindən biridir.

Nə zaman rinoplastikaya ehtiyac yaranır?

İnsanlar burunla əlaqəli tənəffüs problemlərini, travma nəticəsində yaranan və ya anadangəlmə qüsurları düzəltdirmək məqsədilə, yaxud sadəcə burun formalarından narazı olduqları üçün rinoplastikaya üz tuturlar.

Rinoplastika ilə cərrahın burnunuzda edə biləcəyi mümkün dəyişikliklər bunlardır:

Ölçüdə dəyişiklik;

Bucaqda dəyişiklik;

Körpünün düzəldilməsi;

Uc hissənin yenidən formalaşdırılması;

Dəliklərin daraldılması.

Rinoplastika sağlamlıqdan çox görünüşünüzü yaxşılaşdırmaq üçün ediləcəksə, yəni sırf estetik burun əməliyyatıdırsa, burun sümüyünün tam formalaşmasını gözləməlisiniz. Qızlar üçün bu, təxminən 15 yaşdır. Oğlanlar bundan daha çox gözləməlidirlər. Məcburi hallarda isə, yəni tənəffüsün pozulması müşahidə olunduqda burun əməliyyatı daha erkən yaşlarda edilə bilər.

Əməliyyata hazırlıq

Əvvəlcə rinoplastika üçün hər hansı problemin olub-olmadığını müəyyən etmək məqsədilə cərrahla görüşmək lazımdır. O, anamnez toplayıb fiziki müayinə aparacaq: burun dərisi, daxili və xarici quruluşunu müayinə edərək dəyişiklikləri planlaşdıracaq. Qəbul etdiyiniz dərmanlar barədə soruşacaq və sizi lazımi analizlərə yönləndirəcək. Estetik burun əməliyyatından öncə burnunuzun fotoşəkli müxtəlif tərəflərdən çəkiləcək. Bu həm əvvəl və sonrakı burun formalarının müqayisəsi üçündür, həm də əməliyyat zamanı cərraha lazım ola bilir.

Burun əməliyyatından iki həftə əvvəl sonra ibuprofen və ya aspirin tərkibli preparatlardan çəkinməlisiniz. Çünki onlar qanın laxtalanma prosesini ləngidir.

Əməliyyat prosesi

Burun əməliyyatı daha çox ümumi anesteziya altında aparılır. Yalnız kiçik toxunuşlar tələb edən sadə estetik burun əməliyyatlarında cərrahın seçiminə görə lokal (yerli) anesteziya tətbiq oluna bilər. Orta hesabla 1,5-2 saat davam edən burun əməliyyatı mürəkkəb vəziyyətlərdə daha da uzun çəkə bilər.

Əməliyyatın növləri

Geniş yayılmış 2 növ estetik burun əməliyyatı var. Birincisi, açıq rinoplastika, burun dəlikləri arasında kiçik bir kəsik edilir və bu kəsiklə cərrahın baxış bucağı genişləndirilir. Sağalma müddəti daha uzundur və əməliyyatdan sonra ödem, qançır kimi problemlər daha çox yaranır.

Estetik burun əməliyyatının qapalı formasında kəsik burun dəliklərində qalacaq şəkildə edilir. Sağalma müddəti daha qısa olur və əməliyyatdan sonra burunda tikiş izləri görünmür.

Həkiminiz burun əməliyyatından sonrakı bir neçə həftə ərzində aşağıdakılardan çəkinməyinizi tövsiyə edə bilər:

Qaçış və digər ağır fiziki fəaliyyətlər;

Üzgüçülük;

Həddindən artıq çeynəmə;

Gülmək və ya çox hərəkət tələb edən digər mimikalar;

Eynək istifadəsi;

Güclü diş fırçalama.

Rinoplastikadan sonra bir neçə həftə ərzində göz qapaqlarının ətrafında müvəqqəti keyimə, şişkinlik və rəng dəyişikliyi yarana bilər. Nadir hallarda bu, 6 aya qədər uzanır. Burun əməliyyatından sonra vaxtaşırı yoxlanışdan keçməyin əhəmiyyəti böyükdür.

Yeni burun formasının üz dərisi ilə bir növ “uyğunlaşması” zaman tələb edən prosesdir. Burunun uc hissəsi xüsusilə həssas olur və aylar boyunca şişkin qala bilir. Əməliyyatınızın son nəticəsini tam qiymətləndirə bilmək üçün bir il müddət lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.