İQTİSADİYYAT
® “Rolls-Royce” “neon gecələr” palitrasının rəngləri ilə “Black Badge” xəttini şəfəqləndirir
“Neon gecələr”i təbiətin özündən ilhamlanan “Black Badge” xətti üçün çalarların parlaq trilogiyasıdır. Yeni rənglər “Bespoke” şöbəsi tərəfindən “Black Badge” versiyalarında “Wraith”, “Dawn” və “Cullinan” üçün nəzərdə tutulub – “Rolls-Royce” model xəttinin əsl “anfan terrible". Yeni palitrada ecazkar təbii çalarlar oynanır: yaşıl Avstraliya ağac qurbağasının, Havay ağac çiçəyinin və ekzotik kəpənəyin rəngləri. Seçilməkdən qorxmayanların zövqlərini nəzərə alaraq, məhdud rənglərdə “Black Badge” modelləri daha parlaq və daha cəsarətli olacaq” - Sami Koltas (Sami Coultas), “Bespoke” rəng və bəzək dizayneri, “Rolls-Royce Motor Cars”.
“Neon gecələri”nin parlaq palitrası “Black Badge” modellərinin yalnız qara olması barədə stereotipləri təkzib edir. “Black Badge” modellərinin hər biri üçün ayrıca hazırlanmış üç cəsarətli çalarlar: “Wraith” üçün parlaq yaşıl, “Dawn” üçün doymuş qırmızı “Eagle Rock Red”, “Cullinan” üçün dərin mavi “Mirabeau Blue”.
İlk olaraq bu çalarlar amerikalı müştərilərin sifarişi ilə hazırlandı, daha sonra təklifin qlobal səviyyəyə gətirilməsinə qərar verildi və partiyaya hər rəngdən üç nümunə əlavə edildi. Beləliklə, tiraj 12 avtomobil ilə məhdudlaşır - hər çalarda yalnız 4 nüsxə buraxılacaq.
“Wraith Black Badge” üçün qeyri-adi “Lime Rock Green” parlaq yaşıl rəng seçilib - bu parlaq yaşıl Avstraliya ağac qurbağasının çalarıdır. Bu rəng “Rolls-Royce Bespoke” bölməsinin boya üzrə mütəxəssisi Sami Koltasın Sidneydən şimalda yerləşən Tamvortaya səfəri zamanı diqqətini cəlb etdi. Salon isə “Scivaro Grey” boz dərisi və laym rəngli haşiyə ilə işlənib.
“Dawn Black Badge” üçün yaradılmış “Eagle Rock Red” doymuş qırmızı çaları, Havay adalarında yetişən həmişəyaşıl ağac Ohia (Ōhi‘a lehua) çiçəklərinə bənzədilib. İçərisi “Selby Grey” dəri və qırmızı haşiyələmələrlə işlənib.
“Bespoke” kollektivi “Cullinan Black Badge”in qeyri-adi rənginə ekzotik “Rhetus Periander” kəpənəyindən ilhamlandı. Dərin mavi çalarları ilə tanınan bu kəpənək növünə Mərkəzi və Cənubi Amerikada rast gəlmək olar. Qanadlarının parlaq rəngi “Mirabeau Blue” rəngində dəqiq şəkildə əks olunur. Salonun “Lime Rock Green” elementləri ilə ağ “Arctic White” rəngli dərisi xüsusi bir kontrast yaradır.
Hər üç avtomobil variantının ön panelləri texniki liflərdən hazırlanıb və işığın sürətə görə təhrif olunmasını simvollaşdıran möhtəşəm qrafika ilə bəzədilib. Texnoloji boya neon parıltı təsiri yaradır.
“Neon gecələr”i modelləri qeyri-adi rənglərdə məhdud buraxılışlı “Black Badge” avtomobillərinin ənənəsini davam etdirirlər. Belə ki, 2019-cu ildə Kaliforniyanın “Pebbl-Biç” festivalında pastel rənglərində “Ghost”, “Wraith” və “Dawn” nümayiş etdirildi. Bu avtomobillərə olan maraq yeni dinamik rəng palitrasının yaradılmasına ilham verdi.
Bu müstəsna çalarlarda hər bir “Black Badge” modeli yalnız üç seçimdə sifariş üçün mövcuddur.