İQTİSADİYYAT
® “Rolls-Royce” yeni “Ghost”un uzun baza versiyasını təqdim etdi
“Yeni “Ghost” dünyanın hər yerindəki “Rolls-Royce” müştəriləri ilə ünsiyyətin nəticəsidir. Onların bir çoxu sürücülük dinamikasında itki olmadan arxada geniş yer təklif edən avtomobil üçün müraciət ediblər. Onlara həm iş, həm də şəxsi səyahətlər üçün ideal olan “Ghost Extended”i yaratdıq” – deyə “Rolls-Royce Motor Cars”ın icraçı direktoru Torsten Müller-Ötvös deyib.
“Extended” versiyasının klassik “Ghost” modeli ilə müqayisədə 170 millimetr daha uzundur. Müştərilər “Ghost”un lakonik dizaynından və minimalist estetikasından yayınmaq istəmədilər, buna görə markanın dizaynerləri artan ümumi uzunluğu gizlətməyə çalışdılar: avtomobilin ahəngdar siluetini qoruyaraq yalnız arxa qapılarını və arxa gövdə panellərini genişləndirdilər.
“Ghost” bu günə qədər texnoloji cəhətdən ən inkişaf etmiş “Rolls-Royce”dir. “Ghost Extended”in əksər sahibləri iş adamlarıdırlar, onlar üçün “Wi-Fi” və ən yeni əyləncə sistemlərinə giriş vacib şərtlər hesab olunur. Bununla birlikdə, texnoloji xüsusiyyətləri diqqətlə düşünülüb və seçilib ki, onlar diqqəti yayındırmayacaq və ümumi sükunət atmosferini pozmayacaqlar.
Yeni “Ghost Extended”də texnoloji həllər həm şəhər, həm də şəhərkənarı avtomobilin idarə olunmasından zövq verir. Model 600 metrdən çox işıqlandırma diapazonuna malik lazer fənərləri, həmçinin innovativ təhlükəsizlik sistemləri ilə təchiz edilib ki, bunların arasında, gündüz və ya gecə vaxtı yolda heyvanların və piyadaların peyda olması barədə xəbərdarlıq edən – “Vision Assist” sistemi; sürücünün yorğunluğunu təhlil edən “Alertness Assistant” sistemi; avtomobilin panoramik görüntüsünü, dairəvi görüntüsünü və havadan görüntüsünü təmin edən dörd kameralı monitorinq sistemi; aktiv kruiz-kontrol və sair. “Ghost Extended” bütün yeni “Rolls-Royce” modellərində istifadə olunan patent olunmuş “Dəbdəbənin memarlığı” alüminium platforması üzərində qurulmuşdur. Yeni planar asqısı əfsanəvi sehrli xalça gəzintisinin rahatlığını təmin edir. avtomobildə ilk dəfə tətbiq olunan bu yenilikçi texnologiyanın inkişafı təxminən 10 il davam etdi. Bundan əlavə, “Ghost Extended”də ilk dəfə olaraq tam ötürücülü sistem və tam idarəolunan şassi tətbiq olunacaq.